Xəbər lenti



“TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Azərbaycan səmalarında ilk dəfə döyüş təyyarəsi idarə edib.

 

Bu barədə Səlcuq Bayraktar “Facebook” hesabında yazıb.

“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq Can Azərbaycan səmalarında nəsib oldu”, - deyə S.Bayraktar bildirib.

S.Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə azərbaycanlı pilot, polkovnik Zaur Rüstəmovla birlikdə “Akıncı” pilotsuz uçuş aparatı ilə yanaşı uçuş icra edib:

“MiQ-29” ilə “Akıncı”nın qolunda “TEKNOFEST” üçün Bakı üzərində uçmaq hissi tərifolunmazdır”.



“TEKNOFEST Azərbaycan”da sürprizlərimiz olacaq. Bütün türk dünyasını bu festivala dəvət edirəm”.

Bunu “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında deyib.

 

O, “TEKNOFEST Azərbaycan”a hazırlıqların onu təsirləndirdiyini deyib.

“Dünən meydanı gəzdik, bütün hazırlıqları yerində müşahidə etdik. Hələ “TEKNOFEST”in ruhu olan gənclər gəlmədən orada böyük bir enerjinin olduğunu gördüm”, - deyə o qeyd edib.

Səlcuq Bayraktar Azərbaycan Texniki Universiteti tərəfindən “fəxri doktor” adına layiq görülməsinə də münasibət bildirərək, bunun qürurverici olduğunu deyib.



Rusiya Ukraynada hərbi əməliyyata başladığı tarixdən bu günə qədər artıq 29 450 hərbçi itirib.

 

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Məlumata görə, fevralın 24-dən mayın 25-nə qədər Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinə məxsus 1305 tank, 3213 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə vasitəsi, 206 təyyarə, 170 helikopter, 491 pilotsuz uçuş aparatı, 112 qanadlı raket, 13 gəmi/qayıq, 2217 avtomobil texnikası, eləcə də 44 xüsusi texnika sıradan çıxarıb.



Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubun mətnində deyilir:

 

“Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə daha iki müavin təyin edib. Sərəncamlarla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov bu vəzifəyə təyinat alıblar.

“Qafqazinfo” yeni təyin edilən nazir müavinlərinin dosyesini təqdim edir:

1974-cü il təvəllüdlü Samir Məmmədov Bakıda doğulub. Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.

2006-cı ildə Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub.

2008-2017-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib, 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Rus və ingilis dillərini bilir. Ailəlidir.

Nazir müavini təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

F. Əhmədov 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviridir.

Rus və ingilis dillərini bilir.

Kamaləddin Qafarov: “Avropa İttifaqı obyektiv reallığı və praqmatikliyi dəstəkləyir”


Xəbər verildiyi kimi, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub. Bu səfərin nəticələri barədə öz fikirlərini bölüşən Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəticələrini möhkəmləndirməkdə və ölkəmizin beynəlxalq mövqeylərini gücləndirməkdə davam edir: “Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkə arasında münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər müzakirə edilib. Dövlətimizin başçısı bu proseslərə Şarl Mişelin verdiyi dəstəyi yüksək qiymətləndirib. Şübhəsiz, bu dəstək, ilk növbədə, Azərbaycanın bütün bu məsələlərdə tutduğu haqlı mövqeyindən və Prezident İlham Əliyevin irəli sürdüyü təkliflərin ədalətli və bütün tərəflər üçün qarşılıqlı faydalı olmasından qaynaqlanır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri Avropa İttifaqının Azərbaycanı son dərəcə vacib, etibarlı və perspektivli tərəfdaş kimi dəyərləndirdiyini bir daha nümayiş etdirdi: “Ölkəmizlə münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi Avropa İttifaqı üçün strateji önəm daşıyır. Bunu dövlət başçımızın Brüssel səfərinin nəticələri bir daha təsdiq etdi. Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin aprel görüşünün nəticəsinə dair yaydığı bəyanatda da tam olaraq Azərbaycanın mövqelərinin dəstəklənirdi. Həmin bəyanatda Şarl Mişel tərəfindən Ermənistan və Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün təmin edilməsi üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilirdi. Bu çağırış da birmənalı olaraq Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qiymətləndirilməlidir. Çünki bu xüsusda Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz sülh və dinc qonşuluq münasibətlərində maraqlı olduğunu hər zaman diqqət mərkəzinə çəkir”.

Kamaləddin Qafarov mayın 22-də keçirilmiş Brüssel görüşünün nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq deyib: “Bu görüş bir daha sübut etdi ki, Azərbaycan postmünaqişə dövründə də özünün məqsədyönlü fəaliyyətini uğurla davam etdirir və strateji hədəflərinə doğru inamla irəliləyir. Keçirilən müzakirələrin nəticəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün məhz Azərbaycan tərəfindən təqdim olunmuş 5 prinsipin beynəlxalq hüquqa əsaslandığı bir daha öz təsdiqini tapıb və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığı vurğulanıb. Xüsusi olaraq qeyd olunmalıdır ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha diqqət mərkəzinə gətirib. Aktual məsələlərdən biri dəsərhədlərin delimitasiyası ilə bağlıdır ki, görüşün nəticələrinə uyğun olaraq, bununla bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Daha bir vacib məsələ kommunikasiyaların açılması ilə əlaqədardır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər barədə razılığa gəlinib. Bu, birmənalı olaraq Azərbaycanın mövqeyinə tam uyğun bir bəyanatdır və kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması məsələsində ciddi irəliləyişin əldə olunduğunu göstərir. Beləliklə, mayın 22-də Brüsseldə keçirilmiş üçüncü üçtərəfli görüşün nəticələri göstərdi ki, Avropa İttifaqı obyektiv reallığı və praqmatikliyi dəstəkləyir, Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi və Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir”.


aia.az



Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Hökumət başçısının digər qərarına əsasən isə, Nazirlər Kabinetinin “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 25 yanvar 2007-ci il tarixli qərarından dövlət rüsumu ilə bağlı müddəa çıxarılıb.



Finlandiya və İsveç NATO-nun Madriddə keçiriləcək sammitində iştirak edəcək.

“RİA Novosti”i xəbər verir ki, bu barədə məlumatı İspaniyanın Baş naziri Pedro Sançes Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, İspaniya NATO və Avropa İttifaqı üzrə müttəfiqləri üçün qeyri-rəsmi şam yeməyi təşkil edəcək. Sözügedən tədbirdə Qərb ölkələrinin 2030-cu ilə qədər strateji inkişaf konsepsiyası müzakirə ediləcək.

Qeyd edək ki, NATO-nun Madrid şəhərindəki sammiti iyunun sonunda baş tutacaq. 

Xatırladaq ki, Finlandiya və İsveç Ukraynadakı hadisələr fonunda NATO-ya üzv olmaqla bağlı müraciətlərini alyansın Baş katibi Yens Stoltenberqə təqdim ediblər.



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.



İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.

Bunu İTV-nin baş direktoru Balaş Qasımov APA-ya açıqlamasında deyib.

 

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır:

“Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.

Balaş Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb:

“Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov