Xəbər lenti



Təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbiri ilə bağlı qatıldığı 234 nömrəli məktəbdə məzunları təbrik edib.

“Report”un məlumatına görə, təbrikdə deyilir:

 

“Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları “Son zəng”lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız. Yəqin ki, əksəriyyət yay aylarında qəbul imtahanları gözləyir. Bir qismi başqa təhsil, yaxud hərbi xidmət gözləyir. Həyatın sizə hazırladığı hansı hekayədən asılı olmayaraq hər birinizə uğurlar arzulayıram.

Builki “Son zəng” gözəl ilə təsadüf edir. Belə ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda 2022-ci il “Şuşa ili” elan olunub. Şuşa ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.

Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm. Bu il məktəbi bitirib müxtəlif ixtisaslara yiyələnəcəksiniz. Bir ixtisas mütləq olacaq. İnanıram ki, bir qisminizin işi, peşəsi məhz işğaldan azad olunmuş torpaqların bərpasına sərf ediləcək. Öz əmək fəaliyyətinizi şanlı və şərəfli işə yönəldəcəksiniz.

Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.

Bu gün ölkədə 91 mindən artıq məzun məktəbi bitirir. Azərbaycan gənc ölkədir, əhalinin təxminən 2/3-sinin yaşı 40-dan aşağıdır. Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız”.

 

 
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuzda növbəti dəfə seçiciləri ilə qəbul keçirmişdir

Hər ay mütəmadi olaraq seçicilərlə görüş keçirən deputat Aqiyə Naxçıvanlı iyun ayında da Oğuz rayonunda onları fərdi şəkildə qəbul etmiş və müraciətlərini dinləmişdir.

Oğuz və Qəbələ rayonlarından qəbula gələn seçicilər sosial-məişət problemləri ilə yanaşı əfv, təhsil, sahibkarlığa dəstək, turizm və sair məsələlərlə bağlı deputata müraciətlər etmişlər. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapmiş, digərləri aidiyyəti üzrə müvafiq orqanlara yönələndirilmiş və bəzi vətəndaşlara isə hüquqları izah olunmuşdur.

Qəbula gələn seçicilər onların müraciətlərinin dinlənilməsinə və həlli üçün göstərilən köməkliklərə görə deputat Aqiyə Naxçıvanlıya razılıqlarını ifadə etmiş, onlarla keçirilən hər görüşün ölkə Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi – “vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması və bu münasibətlərin sağlam zəmində qurulması” prinsiplərinə sadiqliyin ifadəsi olduğunu bildirmişlər.

AİA.Az
 
 
 
 
 
Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi beynəlxalq  əhəmiyyətli tarixi sənəddir”

“2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında əlaqələr tarixində tamamilə yeni bir mərhələ açmış oldu. Şuşa Bəyannaməsi, Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları türk dünyasının gücünə güc qatan Türkiyə-Azərbaycan birliyini və qardaşlığını bütün dünyaya bəyan edən daha bir mesaj oldu. Bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırmaqla bərabər, münasibətlərimizin bütün müstəvilərdə davamlı inkişafının təminatçısı kimi də qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucalmış Türkiyə və Azərbaycan münasibətləri bu gün artıq siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi bölgədə ümumi inteqrasiya proseslərini stimullaşdırır və sürətləndirir: “ Şuşa Bəyannaməsi bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Eyni zamanda, Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar yaradır”.

K. Qafarov Şuşa Bəyannaməsinin işğaldan azad olunmuş ərazilərə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində rolunu vurğulayaraq deyib: “İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun investisiya potensialı çox yüksəkdir və bu potensial getdikcə artır. Bu artım isə, birmənalı olaraq bölgədə yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Xüsusilə Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi regional sülhün və təhlükəsizliyin qarantı kimi çıxış etməklə, bölgəyə investisiya axınını da stimullaşdıracaq. Çünki istənilən investor üçün öz sərmayəsini yatırmağa hazırlaşdığı bölgəyə qarşı irəli sürdüyü ən vacib tələb məhz təhlükəsizlik və sabitliklə bağlıdır.”

Millət vəkili bildirib ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir: “Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək. Bu gün Şuşa Bəyannaməsinin ölkələrimiz və xalqlarımız üçün əhəmiyyətini olduğu qədər dəyərləndirmək qeyri-mümkündür. Çünki bu Bəyannamə mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Təsadüfi deyil ki, bu tarixi sənədin imzalanması Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmişdir. Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik”.

AİA.Az


İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.

Cəbhə.info xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlıların komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs edilib.

Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin "Lragir.am" saytının yazdığına görə, Laçın keçidindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi:

"Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb". 



"Allah mənə yer üzünün cənnətini göstərdi. Bundan böyük xoşbəxtlik varmı? Arzu edirəm ki, övladımı Allah buyurduğu kimi tərbiyə edim".
 
Müğənni Elnur Məmmədov "7 Canlı" proqramın;n qonağı olub və Məkkə ziyarətinə gedən sənətçi bu haqda danışıb:

"Otağımdan "Kəbə" evinə mənzərə açılırdı. Oradan hər kəsə video çəkib göndərirdim. Həmkarlarıma deyirdim ki, mənə dua edin, 20 ildir övladım olmur".
 
Verilişlərə az qatılan E.Məmmədov "Bu sənəti bir istək, bir arzu ilə seçdim. Yalnız xalqa xidmət etmək. Bu sənətdən mən heç nə güdmürəm. Gül versinlər və ya nəsə oxuyum və bunun qarşılığında nəsə alım. Xeyr! Allah mənə can sağlığı veribsə, əziyyət çəkib istədiyimə nail ola biləcəyəm. Məsələn, evdir, ailəmi qorumaq, saxlamaq kimi şeylər başqadır. Sənət baxımından istədiyimə nail olmuşam" sözlərini əlavə edib.


əhsil naziri Emin Əmrullayev məktəblilərin Şamaxıda düşdükləri yol qəzasından danışıb.
 
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, dövlət səviyyəsində keçirilən kütləvi tədbirlər zamanı müvafiq təhlükəsizlik tədbirləri görülür. Lakin müxtəlif valideyn qruplarının təşkil etdikləri tədbirlərə nəzarət çətin prosesdir. 
E.Əmrullayev onu da qeyd edib ki, məsələ Bakı Şəhər Təhsil İdarəsinin nəzarətindədir: 
 
"Biz istənilən halda məktəblilərin yanındayıq və çalışırıq ki, prosesdə hər-hansı mürəkkəbləşmə olmasın”.
 


Prezident İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub.

 

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.

Prezident İlham Əliyev yeni parkdan paytaxtın mənzərəsini seyr edib.

 

 














 


Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal” zavodundan əsir götürülən mindən çox ukraynalı hərbçi Rusiyaya göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən “TASS” agentliyi yayıb.

 Sözügedən hərbçilərin istintaq aparmaq üçün Rusiyaya göndərildiyi bildirilir.

Mənbə qeyd edib ki, hazırda hüquq-mühafizə orqanları “Azovstal” döyüşçülərini sorğulayır.

Bununla yanaşı, yaxın zamanlarda digər bir qrup ukraynalı hərbçilərin Rusiyaya göndərilməsi planlaşdırılır.

Bu barədə məlumat hələ ki rəsmi olaraq təsdiq olunmayıb.

Xatırladaq ki, may ayında Rusiya ordusu “Azovstal” zavodunda müdafiə olunan ukraynalı hərbçiləri əsir götürüb. Bunun ardınca onların əsir götürülən rusiyalı hərbçilər ilə mübadilə edilməsi imkanları müzakirə olunmağa başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2500-ə yaxın ukraynalı hərbçi əsir götürülüb. Ölkə mediası həmin əsirlərin “Donetsk Xalq Respublikası”nın ərazisinə aparıldığını yazır.

Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə  vacib beynəlxalq platformadır”

“İyunun 1-də paytaxtda Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə start verilmişdir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi özündə üç ayrı layihəni ehtiva edir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Bu il 30 ölkədən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsinin ən böyük tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisidir. Bu layihə Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir və regionda neft-qaz sənayesinin əsas tanınmış beynəlxalq platforması olmaqla hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bu sərgi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin hər il sərginin açılış mərasimində iştirakı bu layihənin yüksək statusunu və Azərbaycan üçün əhəmiyyətini bir daha təsdiqləyir. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində etdiyi çıxışında da dövlət başçısı vurğuladı ki, Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə yatırdığı sərmayələri və tərəfdaş ölkələrin diqqətini ölkəmizə cəlb etmək baxımından da Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox əhəmiyyətli və vacib olub. Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərində bu sahədə əldə etdiyi nailiyyətlərin tarixini bir daha xatırladaraq qeyd etdi ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı”.

K.Qafarov sözünə davam edərək deyib: “Prezident İlham Əliyev öz çıxışında Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını qeyd etdi. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bu gün dünyada, o cümlədən Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Beləliklə, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib.”

Sonda millət vəkili hazırda ölkəmizdə bərpa olunan enerji növlərinin istehsalı sahəsində də böyük iş aparıldığını qeyd edib: “ Azərbaycan bərpa olunan enerji növlərinin istehsalı baxımından da kifayət qədər böyük potensiala malikdir. Bu gün ölkəmiz bu sahədə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Hazırda ölkədə biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu tipli iki stansiya istifadəyə veriləcəkdir və bu, Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, yalnız başlanğıcdır. Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada, ilk növbədə, külək və günəş enerjisi istehsalı nəzərdə tutulur. Hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.Bütün bunlar Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artmasına və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.

AİA.Az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov