Xəbər lenti

Planetin ən zəngin adamları cümə günü 14 milyard dollar pul itiriblər.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə məlumat “Blumberq”in milyarderlər indeksi reytinqində əks olunub. Məlumata görə, milyarderlərin ziyana düşməsinə səbəb ABŞ və Çin arasında ticarət konfliktinin gərginləşməsi fonunda dünya fond birjalarının düşməsi olub.

Ən böyük itkiyə “Amazon”un rəhbəri Cef Bezosun məruz qaldığı vurğulanıb. Bu itkinin 3,25 milyard dollar təşkil etdiyi qeyd edilib. Bezosdan sonrakı yerlərdə Mark Zukerberq, Bil Qeyts, Larri Peyc, Sergey Brin, Larri Ellison, Uorren Baffet qərarlaşıb. Onların itkisi 1,3 milyardla 1,8 milyard dollar arasında dəyişib.

Rusiyalı milyarderlər isə cümə günü 2 milyard dollar itkiyə məruz qalıblar. Ən böyük itkini “Lukoyl”un sahibi Vahid Ələkbərov (384 milyon dollar) yaşayıb. Onu Leonid Mixelson, Vladimir Lisin, Andrey Melniçenko təqib edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov