Xəbər lenti

 

Tanınmış rusiyalı skripkaçı Yekaterina Tsukanova Londonda ölü tapılıb

 

Bizimaz.az: Londonun Kensinqton bölgəsində yaşayan 17 yaşlı musiqiçinin meyiti evində aşkar edilib.

Daily Mail” isə huşsuz vəziyyətdə olan Yekaterinanın xəstəxanaya yerləşdirildikdən sonra öldüyünü yazıb.

Vəfatından bir neçə saat öncə Y.Tsukanova Londonun Kral Opera Teatrında çıxış edib. 

Qeyd edək ki, skripkaçının atası İqor tanınmış kolleksiyaçı, mesenat, art-prodüserdir. O, məşhur “Post-pop” beynəlxalq sərgisinin təşkilatçısı idi. Bununla yanaşı, İqor London Filarmoniya Orkestrinin sponsorudur. 

Gənc skripkaçının rəfiqələrinin verdiyi məlumata görə, onun ölümünə dozadan artıq narkotik istifadə etməsi səbəb olub.

“Katya yanlış seçim edən ağıllı qız idi”, - bu versiyanı nəzərdən keçirən atası bildirib.

Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Lakin indiyədək əldə olunan nəticə barədə məlumat verilmir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov