Xəbər lenti


Gürcüstanın sabiq prezidenti şəxsi kottecini günü 80 dollardan kirayəyə verir. Sabiq prezident kottecin kirayəçilərinə həyətdə yetişdirdiyi meyvə-tərəvəzlərdən də dadmağı təklif edir.

 

Bu barədə “Sputnik-Gürcüstan” məlumat yayıb.

Məlumatda bildirilir ki, G.Marqvelaşvili kotteci iki il əvvəl özü tikib. Kottec sabiq prezidentin ailəsinin yaşadığı bağdakı evinin yaxınlığında yerləşir. Evdəki mebellərin çoxunu da məhz G.Marqvelaşvili özü hazırlayıb.

Kotteci turistlərə icarəyə vermək ideyası eks-prezidentin xanımına məxsus olub.

Kottecin bir günlük kirayə haqqı 80 dollardır.

G.Marqvelaşvili prezident müddəti başa çatandan sonra Gürcüstan İnstitutunda siyasət mövzusunda mühazirə oxuyur.

Arzu edənlər “Airbnb” xidməti üzərindən bu evi kirayələyə bilərlər. Artıq ilk qonaqlar sifarişlərini veriblər. Bu ayın sonunda fransalı turistlər sabiq prezidentin qonağı olacaqlar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov