Xəbər lenti


Xərçəngdən əziyyət çəkən və iki gün əvvəldən komaya düşən İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi 70 yaşlı axund Mahmud Haşimi Şahrudi ötən gün axşam Tehran xəstəxanalarından birində vəfat edib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.

Xatırladaq ki, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulan və islam inqilabının qələbə çalmasından sonra İrana sığınan axund Şahrudi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi axund Haşimi Rəfsəncani 2017-ci il, yanvarın 8-də Tehranın Təcriş məntəqəsində müəmmalı şəkildə hovuzda boğulandan sonra qurumun sədri vəzifəsinə gətirilmişdi.

Axund Şahrudi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri seçilməzdən əvvəl, bir neçə dəfə Üləma Məclisinin üzvü kimi fəaliyyət göstərərək, müxtəlif vəzifələrdə çalışmışdı. O, həmçinin 1999-cü ildən 2009-cu ilə qədər 10 il müddətinə İran Məhkəmə Sisteminin sədri vəzifəsində çalışmışdı.

Qeyd olunur ki, axundun İran Məhkəmə Sisteminə başçılıq etdiyi həmin 10 il ərzində, onun minlərlə siyasi və adi məhbusa ölüm hökmlərinin çıxarılmasında birbaşa rolu olmuşdu.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov