Xəbər lenti



Türkiyənin Ordu vilayətinin Gölköy rayonunda indiyə qədər koronavirus aşkarlanmayıb.

 

“Haber7” məlumat verir ki, Aralıq dənizi Universitetində dərc edilmiş “Qocalma Atlası”nda rayon Türkiyədə ən uzunömürlü insanlarının yaşadığı yer olaraq göstərilib.

Rayon sakinləri epidemiya və digər xəstəliklərə qarşı sağlam həyatın sirrinin istehlak etdikləri təbii məhsullar olduğunu deyiblər.

Orta yaşın 82 olduğu rayonda 70-80 yaşlı insanların əksəriyyəti hələ də bağ-bostanda işləyir və istehsal etdikləri məhsullarla qidalanırlar.

Gölköyün bələdiyyə başçısı Fikri Uludağ da 12 ay ərzində rayonun heç bir sakinində koronavirusa rast gəlinmədiyini insanların təbii məhsullarla qidalanması ilə izah edib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov