İtaliya, İspaniya, Almaniya, Norveç, Avstriya kimi ölkələr aprel ayının sonuna doğru karantin tədbirlərini yumşaltmağı planlaşdırır. Bu, koronavirusla bağlı müsbət tendensiya müşahidə olunduğuna görədir.
Türkiyənin yerli dərman şirkəti olan "Polifarma" ABŞ-ın Qida və Dərman Dairəsi daxil olmaqla, dünya ölkələri tərəfindən qəbul edilən və Səhiyyə Nazirliyinin koronavirus müalicəsində müsbət nəticə verməsini təsdiqlədiyi dərmanı reanimasiya xəstələri üçün xüsusi icazə ilə istehsal etməyə başlayıb.