Odessa vilayətinin keçmiş rəhbəri və Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş nazirin islahatlar üzrə müavini vəzifəsi barədə təklifini qəbul edib.
İranın Daxili İşlər nazirinin müavini Hüseyn Zülfiqari Koronavirusla Milli Mübarizə Şurasının razılığı ilə ölkədə bəzi məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan ticarət mərkəzləri may ayının əvvəllərindən etibarən mərhələli şəkildə açılacaq.
Ankaradan havaya qalxan TK1920 reys nömrəli, “Türk Hava Yolları”na məxsus təyyarə 23 aprel şənlikləri çərçivəsində ölkə üzərində Türkiyə bayrağının əksini çəkib.