ABŞ-ın Əmək naziri Aleks Akosta istefa verdiyini açıqlayıb. O, adı milyarder Ceffri Epşteynin 2008-ci il seks cinayətlərində hallandığına görə bu qərara gəlib.
Nyu-York Apellyasiya Məhkəməsi qərar verib ki, ABŞ Prezidenti Donald Trampın “Twitter” səhifəsində onun ünvanına sərt ifadələr işlədən istifadəçiləri bloklamaq hüququ yoxdur.
Ural Federal Universitetinin tələbəsi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə huşunu itirib.
Bakı.vs xəbər verir ki, hadisənin görüntülərini Rusiya televiziyaları nümayiş etdirib.
Dövlət başçısının iştirakı ilə baş tutan tədbirin başlanmasından təxminən 1 saat keçdikdən sonra qızın halı pisləşib. Putin qızın yavaş-yavaş huşunu itirdiyini görüb və iştirakçlılarla söhbətini kəsib.
O, tələbəyə yardım edilməsini xahiş edib. Təhlükəsizlik xidmətinin əməkdaşları qızı auditoriyadan çıxarıblar, onun arxasınca baş nazirin birinci müavini Tatyana Qolikova çıxıb.
Putin, "Mən düşünürəm, ciddi heç nə yoxdur", - deyib və sualları cavablandırmağı davam etdirib.
Ukrayna prezidenti Vladimir Zelenski hər il avqustun 24-də ölkədə Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradı ləğv edib. Ukraynalı lider bunun səbəbini Feysbuk hesabında paylaşdığı videomüraciətdə izah edib.