Xəbər lenti


 

Novosibirskin Udarnaya küçəsində aparılan təmir işləri zamanı binanın divarı uçub. 11 nəfər fəhlənin dağıntılar altında qaldığı ehtimal edilir.
 
Bu barədə TASS agentliyi Rusiya FHN-nin mətbuat xidmətinə istinadən yazır.
 
Məlumata əsasən, hadisə yerində 12 nəfər işçi olub. Onlardan biri dağıntılar altından çıxarılaraq xilas edilib.
 
Hazırda 70 nəfər və 20 texnika hadisə yerindədir. Əlavə xilasedici qrupların cəlb olunacağı bildirilir.

 

Braziliya prezidenti Jair Bolsonaro “G7” ölkələrinin Amazonda baş verən yanğınların söndürülməsi üçün edəcəyi yardımlardan imtina edib. 
 
Sammitdə “G7” ölkələri yanğınların söndürülməsi üçün 20 milyon avro yardım edəcəklərini bildirmişdi. Bolsonaro Fransa prezidentinin bu cür yardım fikirlərinin arxasında fərqli niyyətlərinin olduğunu bəyan edib. 
 
O, sosial media hesabından nə hər hansı prezidentin, nə də Makronun Amazonlardakı yanğınlara qarşı yersiz hücumlarına, nə də müstəmləkəçi, sahipsiz torpaqmışıq kimi əsl niyyətlərini gizlətməklərinə izn verməyəcəyini qeyd edib.(Qafqazinfo)
 Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhəri sahillərində, hərbi donanma poliqonunda 10 avqustda baş verən partlayışla bağlı yeni açıqlama verilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov