Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib. Görüşdə soyqırım zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bakıda və Abşeron yarımadasında fevralın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın isə səhər kəsiləcəyi gözlənilir.
Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Qardaş Azərbaycan xalqı 20-ci əsrin ən böyük qırğınlarından olan Xocalı soyqırımının ağrısını yaşayır. Bu soyqırım təkcə Azərbaycan türklərinə deyil, insanlığa qarşı törədilmiş qətliamdır.