Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Son illər ərzində anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı ilə qidalanan qlobal ərzaq dəyərləri üzərində təzyiqin yüksəlməsi qiymətlərə də təsir edib.
Qarşıdan gələn bayram günlərinə görə bölgələrə üz tutan vətəndaşların sayında artım müşahidə ediləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin axını ilə bağlı hərəkətə keçib. Rahat gediş-gəlişi təmin etmək üçün xəttə əlavə avtobuslar buraxılacaq.
Bakı metrosunun “İçərişəhər” stansiyasının vestibülündə metro istifadəçilərinə xoş əhval-ruhiyyə bəxş edən, Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş bayram şousu başlanıb.