Oktyabrın 15- də Beynəlxalq Muğam Mərkəzində, "Bakı Jazz" festivalı çərçivəsində, hazırda xaricdə yaşayan məşhur bakılılar - virtuoz pianoçu, cazmen Leonid Ptaşkanın və əməkdar artist, gitaraçı Həsən Bağırovun konserti keçirilib.
Bakı Ali Neft Məktəbində (BANM) Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, görkəmli Azərbaycan aktyoru Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin alimləriAnkarada Mədəniyyət və Turizm Nazirliyinin, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun dəstəyi ilə Türk Tarix Qurumu tərəfindən təşkil olunan XVIIITürk Tarix Konqresində iştirak ediblər.
Ümumi təhsil müəssisəsi olaraq yeni ənənələrin təşəbbüskarı kimi tanınmış Bakı şəhəri Xətai rayonunun 287 saylı "Zəkalar" liseyində III "Məmməd Araz Poeziya günü" çərçivəsində Məmməd Araz şeirinin ən yaxşı ifaçısı adını qazanmaq üçün seçim turu keçirilib