Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, dünya çempionu, “Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2019-ci ilin mart ayının 23-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.
Azərbaycan millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Qurban Qurbanovun istefasından sonra boş qalan posta böyük ehtimalla italiyalı Anjelo Alessio gətiriləcək.
Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakıda səfərdə olan Türkiyə şəhidlərinin övladları Respublika Velotrekində olublar. Bizimaz.az bildirir ki, Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər. Türkiyəli şəhid övladları dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped Muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərimizin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.