Xəbər lenti



İtaliyanın “Yuventus” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Fransa-Türkiyə matçında hərbi salam verdiyi üçün tənqid olunan türk futbolçu Merih Demirala dəstək olub.

Türk futbolçunun sözlərinə görə, klubu “Yuventus”un təlim bazasında Ronalda ona əsgər salamı verib.

Qeyd edək ki, AVRO-2020-ni çərçivəsində keçirilən Fransa-Türkiyə matçında türkiyəli futbolçular rəqib qapısına vurulan qoldan sonra sevinclərini “Sülh çeşməsi” əməliyyatına dəstək olaraq əsgər salamı veriblər. Bundan sonra Demiral İtaliyada sərt tənqid olunub və hətta, onun “Yuventus”dan göndərilməsinə çağırışlar edilib.

Xatırladaq ki, Ronaldo “Real”da olarkən “Sevilya”ya atdığı qoldan sonra əsgər salamı vermişdi.



Həmin bayraqlar oyun günü tribunalara düzüləcək

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirəcəyi görüş üçün hazırlıqlara başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü oktyabrın 24-də keçiriləcək.

Onu da əlavə edək ki, “Qarabağ”ın Lüksemburqda “Düdelanj”la keçirdiyi oyunda erməni təxribatı baş verib.

 

Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.(qafqazinfo.az)

AzNews.az

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov