21-22 fevral tarixlərində Türkiyənin Ermənistan sərhədində yerləşən Qars vilayətində “Qış-2019” hərbi təlimləri keçirildi. 15 ölkənin, həmçinin Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya və İtaliya hərbşilərinin iştirak etdiyi təlimlərə 5 “ATAK” helikopteri, 1 “CH-47 Chinook” helikopteri, 4 “F-16” qırıcısı, 2 “CN-235 CASA” təyyarəsi, 402 zirehli texnika, 762 silah və 2087 hərbçi cəlb olunmuşdu. Təlimlər Ermənistanda böyük qorxu yaradıb.