Oktyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişatı ilə tanış olub.
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hərbi hissələrində olub.
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
"Müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib".