Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir.
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir.