Xəbər lenti



Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən averilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:05:02-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 46 kilometr olub. Yeraltı təkanlar hiss olunmayı



11 aprel növbədənkənar prezident seçkilərinə cəmi iki gün qalır.

 xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Qeyd edək ki, səsvermə hüququna malik olan seçicilərin böyük əksəriyyətinin ayın 11-də seçki məntəqələrinə gələrək, istədikləri namizdə səs vermələri gözlənilir.

Bəs görəsən, ölkənin tanınmış, məşhur simaları və rəsmi şəxsləri harada və hansı seçki məntəsəsində səsvermə hüququndan istifadə edəcəklər?

Ölkə Prezidenti, hazırda səkkiz prezidentliyə namizəddən biri olan İlham Əliyev bu günə kimi, eləcə də, sonuncu 26 sentyabr 2016-cı il referendumunda Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

Ölkə başçısının ailə üzvləri ilə birlikdə yenə həmin seçki məntəqəsində səs verəcəkləri gözlənilir.

Baş nazir Artur Rasi-zadə qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci Seçki Dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin bu dəfə də  29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcəyi bildirilir.

Milli Məclisin (MM) sədri Oqtay Əsədov isə Bakının 7 saylı məktəbində yerləşən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.



Bakı. 9 aprel./ Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar. 

Bu barədə  AMEA-dan məlumat verilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib.



Bakı. 9 aprel./ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası mart ayında tamamlanan və aprel ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, mart ayı ərzində icrası tamamlanmış tədbirlər xüsusən maliyyə bazarlarının inkişafı, habelə institusional yeniliklərin edilməsi ilə bağlı olub. Maliyyə bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının optimizasiyası və listinqin stimullaşdırılması işləri aparılıb, sektor nümayəndələri və dövlət qurumları ilə müxtəlif müzakirələr təşkil olunub. İclasda mart ayının 15-də sektorda yeni institutun - Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulduğu və geniş ictimaiyyətin istifadəsinə verildiyi qeyd olunub. Yeni institutun fəaliyyəti ilə bağlı məruzədə Reyestrin fəaliyyətinin ilk günlərindən yüklülüklə bağlı aktivliyin olduğu, habelə reyestrin iş prinsipi üzrə maarifləndirici tədbirlərin görülməsi davam etdirdiyi diqqətə çatdırılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət töhfə verəcəyi bildirilib.

İclasda, həmçinin növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.



Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlərin təşviqatı səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-da saat 08:00-da dayandırılacaq.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə edə bilərlər.

Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov