Xəbər lenti



Türk ordusunun keçirdiyi uğurlu əməliyyatlarla küncə sıxışdırılan PKK terrorçuları Qəndildən qaçmağa başlayıb.

Terrorçular qaçarkən meşə sahəsini yandırıb.

Yerli əhalinin sözlərinə görə, xüsusən Kanireş bölgəsində yaşanan şiddətli atışmalardan sonra ərazi terrorçulardan təmizlənib. Terrorçular qaçarkən meşə sahələrinə od vurub.

Türk ordusu ərazinin təbii şəraiti və tələlər qurulması ehtimalına qarşı yanğına müdaxilə edə bilməyib.

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər hərbi vəziyyət haqqında qanunun tələblərinin pozulmasına görə cərimələri nəzərdə tutur. Cərimələrin məbləği 30 manatdan 8 min manatadək dəyişir.

Ardını oxu...

Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçirilən parad çərçivəsində Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı şəhəri üzərində uçuşlar keçirib. Hərbi təyyarə və helikopterlər mürəkkəb aviaşoular yerinə yetirib.

Ardını oxu...



Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə hərbi parad keçiriləcək.

P
arad əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Belə ki, Bakıda təşkil olunacaq paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) Türkiyə bayrağı ilə keçid edəcək.

Azərbaycanın keçid edəcək bəzi bölmələrinin hərbçilərində yerli istehsalımız AR-15 “Aztex” avtomatları olacaq. Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətinin silahları da yenidir. Həmçinin, paradda son illər dünyanın müxtəlif ölkələrindən alınmış ən müasir texnikalar nümayiş etdiriləcək.

İlk olaraq müxtəlif konfiqurasiyalı “SandCat” zirehli avtomobillərini göstərmək olar. Paradda bir neçə yeni pilotsuz uçuş aparatlarını da görmək mümkün olacaq. Bunlardan biri "Orbiter-3" mini taktiki PUA-dır. Bu, Azərbaycanla İsrailin birgə istehsalıdır. Digəriləri isə “Heron TP”, “Hermes-450” və “Hermes-900” PUA-larıdır.





Paradın yeniliklərindən biri də artilleriya vasitələridir. “SpGH Dana” özüyeriyən haubitsa ilk dəfə paradda keçid edəcək. Həmçinin reaktiv yaylım atəş sistemlərindən olan RM-70 “Vampir” YARS və 130 km məsafədə hədəfi 15 metr sapma ilə vurmağı bacaran Türkiyə istehsalı TR-300 “Qasırğa” kompleksi də nümayiş olunacaq. “Qasırğa” kompleksi isə bundan öncə Naxçıvanda keçirilən paradda nümayiş etdirilmişdi.







Belarus istehsalı olan "Polonez” raket kompleksi və İsraildən alınmış Əməliyyat-taktiki raket kompleksi olan "LORA” da ilklərdəndir. Maksimal uçuş məsafəsi 300 km olan "Polonez”in sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Kompleks düşmənin hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.



"LORA”nın maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır. Bu kompleksin bir maşını 4 raket tutur və bir raketin zərərvurma radiusu 100 metr təşkil edir. Həm "POLONEZ”, həm də "LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.



Türkiyənin ROKETSAN şirkətindən alınan SOM-B1 modifikasiyası ilk dəfə parada çıxarılacaq. Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir.



Ordumuzun silahlanmasına yeni daxil olmuş “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi, BTR-82A zirehli transpartyoru da paradda keçid edəcək.





“İldırım” və ya “Barak-8” ZRK paradda ilk dəfə nümayişə çıxarılacaq. İsraildən aldığımız “Barak-8” ZRK raketinin atış mənzili 90 km, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.



“Matador” MRAP üzərində Türkiyənin ASELSAN şirkətindən alınan “İhasavar” antidron silahı və Dövlət Sərhəd Xidmətinin (DSX) "Toyota" avtomobilləri üzərində böyük uzaqlığa malik müşahidə və nəzarət sistemi ordunun 100 illiyi ilə bağlı paradda nümayiş etdiriləcək.



2015-ci ildə qoşunların silahlanmasına daxil olan 2S31 “Vena” özüyeriyən minaatan və “SandCat” bazasında “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm “Spear Mk2” avtomatlaşdırılmış minaatanı da ilk dəfə parada cəlb olunacaq.



Bundan əlavə Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş “Bell-412” helikopterlərini paradda görmək mümkündür. Amerika istehsalı olan “Bell-412” helikopterləri HHQ-nin parada hazırlıq təlimlərində görüntülənib.



Dövlət Sərhəd Xidmətinin "Tufan" və "Şahdağ" tipli 11 gəmisi də ilk dəfə paradda iştirak edəcək.



Əslində Azərbaycan hərbiyyəsinin tarixi çox-çox qədimlərə gedib çıxır. Azərbaycan əsgərləri lap qədim dövrlərdən cəsur döyüşçülər kimi tanınıblar. Tarixən Azərbaycan əsgəri regionda güclü dövlətlər quran, geosiyasi vəziyyəti dəyişən bir qüvvə olub.




1918-ci ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının ilk ordusu yaradılan kimi dərhal bir neçə uğurlu əməliyyat keçirildi. İyun-avqust aylarında Gəncədə qiyam qaldırmaq istəyən ermənilər tərksilah edildilər; Qaraməryəm, Kürdəmir, Ağsu, Şamaxı, Salyan döyüşlərində yenicə yaradılmış ordumuz Cümhuriyyətə qarşı döyüşən düşmən qüvvələri üzərində qələbələr qazandı.





Azərbaycan Ordusuna Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlınski, Feyzulla Mirzə Qacar kimi cəsur, peşəkar və vətənpərvər generallar rəhbərlik edirdilər. Onlardan bəzilərinin şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmışdı.





1918-ci il, dekabrın 25-də Səməd bəy Mehmandarov xalqa müraciətlə deyir: “Qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və istər kasıb, istər dövlətli olsun, cəmi vətəndaşları əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını azad etsə, böyük cəzaya düçar olacaqdır. Əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmasına mən çox çalışıram”.





1919-cu ilin sentyabrında general Həbib bəy Səlimovun başçılığı ilə keçirilən Lənkəran əməliyyatı zamanı dövlətə tabe olmaq istəməyən qiyamçı dəstələr zərərsizləşdirildi, ölkənin ərazi bütövlüyünə yaranmış təhlükə aradan qaldırıldı.





Azərbaycan Ordusunun ən böyük əməliyyatı 1920-ci ilin mart-aprel aylarında həyata keçirilmiş Qarabağ hərəkatıdır. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün Novruz bayramı ərəfəsində başladıqları təxribat və hücumları əsl müharibəyə çevirirlər. Amma Azərbaycan ordusu iki ayı ərzində onlara qalib gəlir və Qarabağı xilas edir.





Həmin vaxt Əsgəran qalasının müdafiəsinə rəhbərlik edən general Cavad bəy Şıxlınski Bakıya, baş nazirə göndərdiyi teleqramda “Ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq!” yazmış və sözünə əməl edərək, Əsgəranı qorumuşdu.









© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov