Xəbər lenti

Xəbər vermişdik ki, Səudiyyə Ərəbistanında aramsız yağışlar bəzi şəhərlərə, həmçinin aeroporta ziyan vurub. 

Ardını oxu...



Dördüncü ildir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirir. Azərbaycanın müxtəlif bölgələrində insanlara bayraq hədiyyə edir, onların bayraqla bağlı fikirlərini öyrənirlər.
 
 
Bizimaz.az Unikal.orga istinadən  xəbər verir ki, ənənəyə sadiq qalaraq ötən gün qurumun bir qrup üzvü ölkəmizin Cənub bölgəsində gediblər.
 
 
Aksiya çərçivəsində jurnalistlər əvvəlcə Lerikdə olublar. Bayraq Meydanında rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlərlə görüşən jurnalistlər onlara bayraqlar hədiyyə ediblər.
 
PJB üzvləri Bayraq Muzeyi ilə də tanış olublar. Daha sonra onlar rayonun mərkəzində Şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
 
 
Lerikdən sonra jurnalistlər Lənkəran şəhərinə gəliblər. Heydər Əliyev Parkında istirahət edən sakinlərlə görüşərək onlara bayraqlar paylayıblar.
 
Sakinlər bu cür nəcib aksiyalarla gələcək nəsildə Vətənə, torpağa olan məhəbbətin daha da dərinləşəcəyini bildiriblər.
 
Jurnalistlərin son dayanacağı Masallı rayonu olub. Onlar burada da sakinlərə bayraqlar hədiyyə ediblər.
 
 
Tədbirin sonunda jurnalistlərə aksiyanın əhəmiyyətindən danışan PJB sədri Elşad Eyvazlı bildirib ki, onlar 4 ildir ölkənin müxtəlif bölgələrində bu aksiyanı keçirirlər:
 
 
"Məqsədimiz insanlarda Bayraq sevgisini daha da yüksəltməkdir. Bu aksiya kiməsə bir bayraq hədiyyə etməklə bitmir. Bir növ həm də ayrı-ayrı bölgələrdə insanlarımızın bayrağa münasibətilə bağlı monitorinq aparılır.
 
Deyə bilərik ki, ümumi mənzərə yaxşıdır. Xüsusilə yeni nəsildə Bayrağa, Vətənə yanaşma adamı daha çox sevindirir”.
 
 
 

HƏR AİLƏ AĞAC ƏKSİN- HÖVSANDA (video)

  Bu gün paytaxtın bir neçə qəsəbəsində, o cümlədən, Hövsanda ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında 9 noyabr – Bayraq bayramı günündə vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanıldı.

bizimaz.az: Aksiyaya maraq gözləniləndən də artıq oldu. Belə ki, saat 10-12 radələri arasında paylanılacağı deyilən ağac tinglərini almaq üçün vətəndaşlar ta saat 10-dan parkda öz aralarında növbə yaratmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidməti maşını parka yaxınlaşanda vətəndaşlar növbə ilə irəli keçib hərə öz istəyinə uyğun ağac aldı.

Aksiyada iştirak edən hər bir vətəndaş belə təşəbbüsün tez-tez təkrarlanmasını arzu etdiklərini dilə gətirdi.

Mənzər Qurbanova

 

 



Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov