Xəbər lenti


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Ardını oxu...


Türkiyənin ünsiyyət və texnologiya şirkəti “Türksell” ötən gün Azərbaycanda baş verən zəlzələ ilə bağlı maraqlı paylaşım edib.

Bizimaz.az xəbər verir ki, şirkətin rəsmi Tvitter səhifəsi ‏azərbaycanlı abonentlərə pulsuz dəqiqə yüklənməsi barədə məlumat paylaşıb:

“Azərbaycanda baş verən zəlzələyə görə dərin kədər hissi keçiririk. Zəlzələ bölgəsindəki müştərilərimizə təcili ehtiyaclarını qarşılaya bilmələri üçün pulsuz danışıq və internet yüklənib. Keçmiş olsun”.




 

 

 
 

 

Ötən gecə baş verən zəlzələ ilə əlaqədar Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə işləyib.

Bizimaz.az bildirir ki, Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, təcili yardıma 30 müraciət daxil olub.

“Üç nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub”, - deyə məlumatda vurğulanır.

Nazirlikdən verilə məlumatda qeyd olunur ki, bir nəfər cavan adamın həyəcandan dili tutulub: 

“O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Daha bir nəfərin həyəcandan beyninə qan sızıb. 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov