Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.
Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb.
Vaşinqton ölkə ərazisində rəsmi Karakasın maraqlarını Türkiyənin təmsil etməsindən imtina etdikdən sonra ABŞ vətəndaşları Venesuela ərazisində diplomatik müdafiəyə arxayın ola bilməz.
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev 60 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib və mükafatlandırılıb.
Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrliyindən uzaqlaşdırılmasından sonra televiziya kanalı ətrafında səs-küy səngimək bilmir.