Ermənistan ordusu və erməni əhalisi üç ölkə lideri arasında razılaşdırılmış bəyanatın müddəalarına uyğun olaraq, bu il dekabr ayının 1-dək Azərbaycanın Laçın rayonunu tərk etməlidir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.
Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.