Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilmiş hərbi qulluqçuların və mülki vətəndaşların siyahısı açıqlanıb.

Ardını oxu...

Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıqovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.

Ardını oxu...



Xüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.

Bundan başqa, keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov