Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistanın Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədiklərini söyləyib.
Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə əlavə məhdudiyyətlər vasitəsilə ölkədə sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib.
Ermənistan silahlı qüvvələrində əsgər çatışmazlığı ilə əlaqədar olaraq universitetlərin üçüncü və dördüncü kursunda təhsil alan tələbələr də orduya göndərilib.
Azərbaycan Ordusunun Qarabağda şanlı qələbələri və torpaqlarımızın addım-addım işğaldan azad edilməsi Erməni ictimaiyyətində çatları dərinləşdirməkdədir.