Xəbər lenti



Xalqın gözü tərəzidir

“ATV”  kanalında gedən “Maşın Şou” verlişinə baxırsınızmı?

Bu sualla müraciyət etdiyimiz vətəndaşların demək olar ki, əksəriyyəti  hə-cavabı verdi və cox maraqlı açıqlamaları ilə bizi bir az da təəccübləndirdilər.

“ATV”  kanalında gedən “Maşın Şou ilə bizi bir az da təəccübləndirdilər. Tanınmış şomen Murad Dadaşovun  təşkilatçılığı və aparıcılığı  ilə ərsəyə gələn bu veriliş  başladığı gündən, ta final gecəsinə kimi o qədər  maraqlı, gərgin və dramatik keçir ki, bəzən nəinki iştirakçılar,  hətta tamaşaçılar belə  emosiyalarını gizlədə bilmirlər.

Əslində “Maşın Şou” bir oyundur. Murad  Dadaşov cəmiyyətdə kifayət qədər tanınmış sənət adamlarını bir maşın ətrafına  toplayır və onlar təxminən bir aya yaxın çoxsaylı tamaşaçıların  gözü qarşısında finala qədər dəridən-qabıqdan çıxır.

Əlbətdə, bu şou bir oyundur. İştirakçılar çalışırlar ki, qalib olsunlar,” Nurgun Motor”sun təklif etdiyi bu yaraşıqlı və gözəl maşına  sahib çıxsınlar.




Məqsədlərinə çatmaq üçün oyunçular bəzən etik normalara  uyğun olmayan üsullara  əl atırlar, ayrı-ayrı  qruplaşmalarda birləşirlər, güclü rəqiblərini çıxarmaq üçün müxtəlif  yollara əl atırlar.

Hadisələrin gedişatı, ötən  “Maşın Şou”da baş verənlər onu göstərir ki, həyat təcrübəsi çox olan, psixoloji cəhətdən  hazırlıqlı olan, bir az da dəqiq desək, biclik, hiyləgərlik tərəfləri güclü olan oyunçu finala  qalır.

Finalda isə  yuxarıda sadaladıqlarımızın heç biri kara gəlmir. Kim güclüdürsə, dözümlüdürsə o da qalib olur.

Yuxarıda qeyd etdik ki, bu bir realiti şoudur və hər bir iştirakçı  öz oyununu  oynayır, amma uzun zaman ərzində “Maşın Şou” iştirakçılarının hər bir  hərəkətini  izləyən, onların  şəxsi  həyatları barədə müfəssəl məlumatı olan tamaşaçılar  da var ki, onlar heç də hər bir “Maşın Şou” iştirakçısı haqqında birmənalı düşünmürlər.

Məsələn, maşın realiti şousunda elə iştirakçılar var ki, onun oyunu, apardığı  mübarizə onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.

Cəmiyyətdə tutduğu mövqeydən istifadə edərək başqalarının həyatına müdaxilə edən, ev yıxan, ev dağıdan birisi maşın şouda  özünü elə  göstərir ki, sanki mələkdir.

Bax, həmin “Maşın Şou”  iştirakçıları arasında elələri var ki, mənsəb, maddiyyat  xatirinə  ağılagəlməz  hərəkətlər edir, cavan, yenicə ailə həyatı qurmuşları öz məkrli torlarına  salıb, onların ailələrinin dağıdılmasına bais olurlar. Onların apardıqları mübarizə isə əslində real həyatı əks etdirir.

Nəysə, kecək dünən “Maşın Şou”dakı “Mama”,”Papa” ittifaqının cökməsinə. Dünən iştirakçılardan biri Hüseyn Əzizoğlunun “mənim mamamdı”adlandırdığı  Roza Zərgərli ilə birləşib Abbas Bağırovu şoudan kənarlaşdırmaq haqqında hamını şoka salacaq oyun oynaması tamaşaçıların əksəriyyətini hiddətləndirdi. Gənc Hüseyin Əzizoğlunun şouda  Roza Zərgərli tərəfindən necə tora düşməsi və onun diqtəsi ilə hərəkət etməsi bütün tamaşaçılar tərəfindən ikrahla qarşılandı. Oyun zamanı hədəfinin Pərvin Abıyevanın olduğunu açıqlayan Əzizoğlunun son andakı qərarı bir daha göstərdi ki, bu gənc də təsir altındadır.

Əslində Hüseyin Əzizoğlunun “maması” özünü son ana qədər maşın ətrafında elə aparırdı ki, sanki dünyanın ən saf, ən pak, ən müqəddəs adamıdır.

Bir az diqqətcil tamaşaçı Roza Zərgərlinin oyun zamanı donnan-dona girməyini, süni gülüşünü, hiyləgər baxışlarını, bu baxışlar altında nələr yatdığını görə bilərlər. Onu yaxından tanıyanlar isə  Roza xanımın hansı  oyunu oynadığını yaxşı bilir.

Bu yerdə bir məsələyə də aydınlıq gətirmək istəyirik. Gözəl aparıcılıq qabiliyyəti, şirin diksiyası olan şomen Murad  Dadaşovun gücünə  ərsəyə gələn  bu maşın  realiti şousu  zamanı sevimli şoumenimizi iştirakçıların şəxsi  həyatı maraqlandırmır. Maraqlandırsa da elə bir ciddi önəm kəsb etmir.

Bu baxımda  biz artıq 15 ildir ki, reytinqini qoruyub saxlayan, gündəmdən düşməyən, kifayət qədər tamaşaçı sayı  toplayan maşın realiti şousuna kölgə salmaq fikrində deyilik.

Amma bir həqiqəti də danmaq olmaz ki, tamaşaçı gözü  ən dəqiq mizap-tərəzidir. Şouda, maşın ətrafında özünü necə aparırsan apar, naqis hərəkətlərini  nə qədər ört-basdır edirsən et, pis əməllərin səni yaxından tanıyanların  qəlbindən silinməyəcək. Dağıtdığın, gözüyaşlı qoyduğun ailələrin ah-naləsi bir gün səni tutacaq.

Sən  qalib olarsan, Gözə gül üfürməklə yaxşı insanlar cərgəsinə soxula bilərsən. Amma unutma ki, bu müvəqqətidir. Əvvəl-axır əməllərinin cəzasını çəkəcəksən.

Bu cəzanın kimlər  tərəfindən verilməsinin də fərqi yoxdur. Təki cəza olsun...

Ən böyük  cəzanı isə Allah verir.

 

Afət İlkinli



Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə dünən yaydığı rəsmi məlumatdan sonra Ermənistan tərəfi yeni iddia ilə çıxış edib.

Ardını oxu...

Azərbaycandan neft məhsullarının alqı-satqısından tutmuş Sierra-Leonedə almaz yataqlarında hasilat işlərinə qədər ən müxtəlif və qaranlıq işlərlə məşğul olan müəmmalı biznesmen-oliqarx, milyonlarla dollarlıq dələduzluq əməlində ittiham olunan Ələddin Yusifovun işi üzrə məhkəmə prosesində yenə sensasion məlumatlar açıqlanıb. Virtualaz.org xəbər verir ki, iş üzrə məhkəmədə Ələddin Yusifov və onun aldadaraq milyonlarla avro pulunu mənimsədiyi almaniyalı iş adamı Hans-Georq Tomas ifadə veriblər. Hər iki tərəf səs-küylü məlumatlar açıqlayıb.

Ardını oxu...



Əslində, Rüstəm İbrahimbəyovun bütün yaradıcılığında azərbaycanlılara “yuxarıdan aşağı baxmaq” düşüncəsini müşahidə etmək mümkündür. Ancaq bu adına “nifrət” deyə biləcəyimiz münasibət heç vaxt bu qədər açıqlığı ilə üzə çıxmamışdı. Təhtəlşüuri olaraq daim Rüstəm İbrahimbəyovda yaşayan bu fikirlərin birdən-birə “Qafqaz triosu”nda fontan vurması onun təkcə yaradıcılığının deyil, həm də həyatının, mahiyyətinin, dünyagörüşünün çılpaqlığı ilə ifadə olunmasına yönələn son akkordlardır.

İbrahimbəyov bütün həyatı boyu kim olmaq istədiyini anlamağa çalışan bir şəxsdir və dəhşət də burdan başlayır: Dünya şöhrətli, tanınan, hətta “Oskar” mükafatını rus həmkarı ilə şərikinə almağı bacaran Rüstəm İbrahimbəyov kim olduğunu bütün həyatı boyu özünə aydınlaşdıra bilməyib...

O zaman uydurulmuş “Bakı aristokratiyası” deyilən bir təbəqə vardı. Bu “mədəniyyət təbəqəsini” erməni və ruslar niyə yaratdıqlarını çox yaxşı bilirdilər. Bu “qoruyucu qalxan” idi – Azərbaycan varlığının oyanış və dirənişinə qarşı imperiya tərəfindən himayə edilən, rus mədəniyyətinin davamçılarının həm də milli düşüncəyə qarşı formalaşdırdığı bu “psixoloji-mədəni zireh"ə azərbaycanlılar da düşməyi arzulayırdılar. Çünki burda ucalmaq, dəstəklənmək, ad-san almaq, “böyük mədəniyyət daşıyıcısı” psixoloji-siyasi statusunu qazanmaq imkanı vardı.

Azərbaycanın istedadlı şəxslərindən bir çoxu bu təbəqənin nümayəndəsi olmağa can atır və bu canatımlarda bir çox hallarda (təəssüf ki!) natamamlıq kompleksi yaranırdı. O təbəqənin “çuşka” istehzasının ağır mənəvi zərbələrinə milli varlığı ayaqda olmayan ziyalılar dözə bilmirdilər, müqavimət aparmaq gücləri olmurdu və ağır psixoloji xəsarət alır, sarsılır, çarəni isə “mən onlardan deyiləm” təsəvvürünü yaratmaqda görürdülər.

Dərhal əlavə edim ki, bu, bütün sahələrdə vardı və ən pisi də o idi ki, belə şəxslər millətinə qarşı daha amansız olurdular. İmperiya qarşısında qul xidməti göstərmək istəyən bu şəxslər hansı sahədə olurlarsa-olsunlar, yarımçıqlıq kompleksi-xəstəliyindən əziyyət çəkdikləri üçün daim imperiya mənsubundan daha şiddətlə, daha amansız dərəcədə öz millətinə qarşı mübarizə aparırdılar.

Rüstəm İbrahimbəyov da məhz bu xəstəliyin daxilində kök saldığı ziyalılardandır. Xaraktersizliyi səbəbindən “Bakı aristokratiyası” bürüncəyində daldalanan İbrahimbəyov bütün həyatı boyu “aşağılıq kompleksindən” əziyyət çəkib, bu xəstəliklə yaşayıb və indi, ömrünün qürub çağında bu psixoloji sarsıntıların sızmaları bəzən katastrofik fontanlarla müşahidə edilir.

Filmdəki “İbrahimbəyov azərbaycanlıdır, amma əlasından, özününkülərə bənzəmir” jestinin bütün mahiyyəti bunda gizlənib. İbrahimbəyov azərbaycanlı olmağın əzabında qovrulur; uşaqlığında və yaxud gəncliyində hansısa xəta nəticəsində kişilikdən məhrum edilən bir varlıq ömrü uzunu o travmanın psixoloji şoklarını necə daşıyıb ifadə edərsə, İbrahimbəyov da “azərbaycanlılıqdan məhrumedilmə” sarsıntısını o cür yaşayır.

Onun milli varlığı, kimliyi, soykökü necə və kim tərəfindən “axtalanıb” deyə bir müzakirə açmaq niyyətində deyilik. Hər halda, görünən odur ki, İbrahimbəyov “Bakı aristokratiyası"nın təsiri ilə aşınıb; o qədər ki, adam özünə nifrət edir, özünə nifrətini yumşaltmaq üçün “mən o deyiləm” dəhşətini hər yerdə qışqırmağa, hətta filmlərinə pərçim edib, bağırmağa çalışır.

Xatırlayanlar yaxşı bilirlər: 70-ci illərdə yaranan münbit şərait səbəbindən milli varlığın yetişdirdiyi böyük simaların (hər sahədə - həm ədəbiyyat-mədəniyyətdə, musiqidə, həm siyasətdə...) ardıcıl milli-mədəni zərbələri nəticəsində 80-ci illərin əvvəllərində artıq “Bakı aristokratiyası” dağılırdı. Düzdür, 88-ci il dalğası bu prosesi təbii axardan çıxartdı və radikal dəyişiklik yaratdı. İddia etmirik ki, bu radikal dəyişiklik nizamlı oldu. İqtisadi-siyasi kataklizmlər burada da özünü göstərdi. Ancaq 20-ci ildə bünövrəsi qoyulan və yalnız 40 ildən sonra - 60-cı illərdə özünə gəlib, süni olaraq, kölgədəki texnoloq-ideoloqlar və siyasi elitanın dəstəyi ilə yaradılıb-formalaşdırılan və assimilyasiya alətinə çevrilən “Bakı aristokratiyası”ndan fərqli olaraq, milli aristokratiya daha sürətlə ictimai nüfuz qazandı.

Ən maraqlı məqam da odur ki, bu milli aristokratiyanın önündə heç də 80-cilər nəsli – milli eyforiyanın yetişdirdiyi “təpədən dırnağa millilər” gəlmir. Onlar kifayət qədər tolerant, geniş erudisiyalı, bu və ya digər formada vaxtilə “Bakı aristokratiyası”na bağlı olan şəxslərdir. Yəni ictimai-siyasi varlıqları ilə milli kimliyini vaxtilə “Bakı aristokratiyası”na daşıyıb, kənardan bu “mədəniyyətə” endirilən milli zərbələrin hədəfə dəyməsini nizamlayan ziyalılar hazırkı milli aristokratiyanın simvollarıdır.

Başqa sözlə: “Bakı aristokratiyası”nı parlaq milli istedadların kənardan endirilən mədəni intibah zərbələri ilə daxildəki milli aristokratların varlıqları birgə dağıtdı. Nə təəssüf ki, “o daxildə” milli kimliyi məhv olan, özünə, varlığına nifrət etdirilənə qədər axtalanmışlar da vardı ki, onları müalicə edən olmadı.

Müalicə edən olmadı, ya müalicə edilə bilmədilər?

Yaxud, sualı belə qoyaq: Rüstəm İbrahimbəyov kimi istedadlar sağala bilməzdilərmi?

Əlbəttə yox! Çünki mənəvi-mədəni və psixoloji varlıq erroziyaya uğrayırsa, çürüyürsə, insanın milli kimliyi fiziki olaraq axtalanırsa, onu necə sağaltmaq mümkündür ki!

Əgər mümkündürsə, xahiş edirəm, Rüstəm İbrahimbəyovu müalicə edin.

İnsan özünə nifrət edə-edə o yaşa gəlib çıxıb. Bəlkə, kimsə ona kömək edə ki, heç olmasa, özünə nifrət edə-edə ölməsin.

Yazıqdır...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov